Qabrelyanov Paşinyanın SİRRİNİ AÇDI: Serj Sarkisyanla eyni planı həyata keçirir

Qabrelyanov Paşinyanın SİRRİNİ AÇDI: Serj Sarkisyanla eyni planı həyata keçirir

Hazırda oxunan: Qabrelyanov Paşinyanın SİRRİNİ AÇDI: Serj Sarkisyanla eyni planı həyata keçirir

254365

Rusiyalı media meneceri Aram Qabrelyanov Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkənin keçmiş prezidenti Serj Sarkisyanla ittifaq quraraq digər sabiq dövlət başçısı Robert Köçəryanı nüfuzdan salmaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"Sarkisyan Köçəryanı və onun partiyasını diskreditasiya etmək üçün Paşinyanla birlikdə oyun oynayır”, deyə o, əlavə edib.

Qabrelyanovun sözlərinə görə, Serj Sarkisyana Ermənistandan çıxış icazəsi verilib:
 

“Sarkisyan “Serjnikol” adlı plan çərçivəsində rusiyalı oliqarxların köməyi ilə Kremlə səfər etməyə çalışır. Məqsəd isə guya Paşinyanın Moskvada üzr istəməyə və Kreml qarşısında təvazökar davranmağa hazır olduğunu Rusiya rəhbərliyinə çatdırmaqdır. Sarkisyan bu prosesdə Paşinyanı xilas etmək üçün vasitəçi rolunu oynamaq fikrindədir.


Qabrelyanov qeyd edir ki, Sarkisyanın Köçəryana olan nifrəti Paşinyana olan nifrətindən heç də az deyil.

Onun yazdığına görə, Ermənistanın Respublika Partiyasının üzvləri də Sarkisyanın bu mövqeyindən narazıdırlar və onu satqınlıqda ittiham edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO