Restoranda yemək yeyərkən ehtiyatlı olun! – Görün necə hazırlanır

Restoranda yemək yeyərkən ehtiyatlı olun! – Görün necə hazırlanır

Hazırda oxunan: Restoranda yemək yeyərkən ehtiyatlı olun! – Görün necə hazırlanır

254318

“Xudafərin” şadlıq sarayında yeməyin içindən qab süngərinin çıxması ictimaiyyətdə narahatlığa səbəb olub. Qeyd edilir ki, vaxtaşırı ictimai-iaşə obyektlərində antisanitariya hallarına rast gəlinsə də, hər hansı ciddi tədbirlər görülmür.

Bəs yeməyin içində yad cisim necə çıxır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, qida məhsulları əsasən üç formada çirklənməyə məruz qalır:

“Bioloji, kimyəvi və fiziki çirklənmə. Metal və şüşə qırıntıları, torpaq, ölmüş həşəratlar, düzgün yuyulmayan qab-qacaq və süngərlərin yeməyə düşməsi fiziki çirklənməyə aiddir. Adətən qab yuyulan şöbələrdə köhnəlmiş süngərlərdən istifadə olunur və dəyişdirilmir. Yaxud köhnəlmi. metal süngərlər qazanın və ya saxlanma qablarının kənarında qırılıb qalır. Nəticədə həmin qırıntılar yeməklərin, məsələn, kababın içinə düşə bilir”.

Mütəxəssis bildirib ki, istifadə olunan materiallar qida təhlükəsizliyi standartlarına uyğun olmalı, süngərlər gündəlik dəyişdirilməlidir:

“Süngərlər yalnız fiziki yox, bioloji risk daşıyıcısı da ola bilər. Onlar bakteriyaları özündə toplayıb saxlayır. Xüsusilə mühitin temperaturu bu bakteriyaların süngərdə çoxalması üçün əlverişli şərait yaradır. Bu da insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO