Bu gün 36 dərəcə isti olacaq

Bu gün 36 dərəcə isti olacaq

Hazırda oxunan: Bu gün 36 dərəcə isti olacaq

254266

İyunun 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 18-23 isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO