Bakıda əcnəbi vətəndaşın pullarını oğurladılar

Bakıda əcnəbi vətəndaşın pullarını oğurladılar

Hazırda oxunan: Bakıda əcnəbi vətəndaşın pullarını oğurladılar

25422

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə iyunun 18-də rayon ərazisindəki hostellərin birindən orada müvəqqəti yaşayan əcnəbi vətəndaşın içərisində 100 manat, 50 avro məbləğində pul, 3 bank kartı olan pulqabısının, 2 mobil telefonunun və qulaqcığının oğurlanması barədə məlumat verilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini E.Cambazov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO