"Əməkdar artist" fəxri adı almaq istəyən musiqiçi dələduzluğun qurbanı olub.
Bizim.Media xəbər verir ki, hadisə Abşeronda baş verib.
Zərərçəkmiş (müəyyən səbəblərdən adını açıqlamırıq) ortaq tanışları vasitəsilə Musa adlı şəxslə tanış olub. Həmin şəxs ona fəxri ad almaqda yardımçı olacağını bildirib. Bunun müqabilində isə zərərçəkmişdən 2150 manat pul alıb. Bildirib ki, həyat yoldaşının qohumları yüksək vəzifədə işləyir. Verilən pula da onlara hədiyyə alacaq. Lakin bir müddət sonra o, zənglərə cavab verməyib.
Musiqiçi aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin şəxs saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Məhkəmə zamanı Musa verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş ziyanı ödəyib.
Məhkəmənin hökmü ilə Musaya 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 4 günə bərabər tutularaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 9 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. (Qaynarinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:32 / 11.06.2025
“Əməkdar artist” olmaq istədi, dələduzluqla üzləşdi
Hazırda oxunan: “Əməkdar artist” olmaq istədi, dələduzluqla üzləşdi
Hazırda oxunan: “Əməkdar artist” olmaq istədi, dələduzluqla üzləşdi
254195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.