Serbiya Prezidenti Ukraynaya getdi – Müharibədən bəri İLK DƏFƏ

Serbiya Prezidenti Ukraynaya getdi – Müharibədən bəri İLK DƏFƏ

Hazırda oxunan: Serbiya Prezidenti Ukraynaya getdi – Müharibədən bəri İLK DƏFƏ

254162

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün, 11 iyun tarixində Rusiyanın genişmiqyaslı müharibəsinin başlanmasından bəri ilk dəfə Ukraynaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Serbiya Prezident Administrasiyasının saytında yer alıb.

Məlumata görə, Vuçiç Ukraynaya bir günlük səfər edəcək və bu səfər çərçivəsində Odessada keçiriləcək “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində iştirak edəcək.
 

Sammitə Xorvatiyanın baş naziri Andrey Plenkoviç, Rumıniya prezidenti Nikoşur Dan və Moldova lideri Maya Sandu da qatılacaqlar.



Xatırladaq ki, bir müddət əvvəl Serbiya prezidenti 9 May hərbi paradında iştirak etmək üçün Moskvaya getmişdi.

“Bizi anlamalı və mərhəmətlə yanaşmalı olduqları halda (çünki bizə böyük haqsızlıq edilib və torpaqlarımızın 14 faizi alınıb) bu gün bizə deyirlər: “Keçmişə qayıtmayın” və öz maraqlarını önə çəkirlər,” – Vuçiç Avropa İttifaqının Moskvaya səfərinə reaksiyasını belə şərh edib.

Bununla yanaşı, Vuçiç Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini də bildirib. Bu bəyanat onun Moskvaya səfərinin Serbiyanın Aİ-yə üzvlük istəkləri ilə ziddiyyət təşkil etmədiyini göstərmək məqsədi daşıyır.

“Serbiyanın siyasi iradəsi birmənalıdır: Serbiya Avropa yolunu getməlidir, inteqrasiyanı sürətləndirməli və öz işini yerinə yetirməlidir,” – deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO