Cərəyan vurması nəticəsində həyatını itirən Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin başçısı Ferdi Zeyrekin ölümü ilə bağlı istintaq başladılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Qeyd edilib ki, Manisa Respublika Prokurorluğu tərəfindən başlanan istintaqa bir baş prokuror müavini və iki prokuror təyin olunub, bu günədək 12 nəfərin ifadəsi alınıb və iki nəfər saxlanılıb.
Bundan əlavə, istintaq elektrik və mühərrik mühəndislərindən ibarət ekspert heyəti tərəfindən də əhatəli şəkildə davam etdirilir.
Xatırladaq ki, bələdiyyə sədrini bir müddət əvvəl evinin hovuz bölməsində elektrik cərəyanı vurub. Xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilən Zeyrekin həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:34 / 11.06.2025
Bələdiyyə sədrinin ölümünə görə 2 nəfər TUTULDU
Hazırda oxunan: Bələdiyyə sədrinin ölümünə görə 2 nəfər TUTULDU
Hazırda oxunan: Bələdiyyə sədrinin ölümünə görə 2 nəfər TUTULDU
254135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.