Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Cəbrayıl Həmidovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 10 avqust 2024-cü il tarixdə, saat 19:14 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, 63 saylı binanın yaxınlığında qeydə alınıb.
Belə ki, Cəbrayıl Həmidov idarə etdiyi “Hyundai” markalı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, 63 saylı binanın yaxınlığında hərəkətdə olarkən yolunu sol tərəfdən sağ tərəfə keçən piyada, azyaşlı Mahir Bəkirovu (adı, soyadı şərtidir) vuraraq öldürüb.
Hadisədən sonra Cəbrayıl Həmidov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mərhum Mahir Bəkirovun atası hərbçidir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, o, Vətən müharibəsinin iştirakçısı olub və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
Mahir Bəkirovun atası məhkəmədə sürücüdən heç bir şikayəti və tələbinin olmadığını söyləyib. (Pravda.az)
Bizim.Media