Çində yuxusuzluğun qeyri-adi müalicəsi YAYILIB - VİDEO

Çində yuxusuzluğun qeyri-adi müalicəsi YAYILIB - VİDEO

Hazırda oxunan: Çində yuxusuzluğun qeyri-adi müalicəsi YAYILIB - VİDEO

254055

Çində yuxusuzluğa qarşı qəribə bir vasitə populyarlıq qazanıb.

Bizim.Media xəbər verir ki, yuxu problemi olan insanlar başlarından enli və yumşaq kəmərlərlə asılaraq yellənirlər, bununla da yuxusuzluqdan qurtulurlar.
 

Bu üsulu Şenyandan olan Sun Ronçun adlı bir kişi hazırlayıb. O, boyun osteoxondrozu və xroniki yuxusuzluqdan əziyyət çəkirmiş. Öz metodunu təsvir edərkən bildirib ki, boyun kəməri taxmaq onurğaya təzyiqi azaltmağa kömək edir, bu da ağrını azaldır və yuxunu yaxşılaşdırır.


Əsasən bu “müalicə üsulundan” yaşlı insanların istifadə etdiyi bildirilir.

Bununla belə, tibbi ekspertlər xəbərdarlıq edirlər ki, bu texnikanın elmi əsası yoxdur və son dərəcə təhlükəlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO