Bu il Avrokuboklarda ölkəmizi təmsil edəcək “Araz Naxçıvan” klubu heyətini gücləndirmək üçün fəaliyyəti davam etdirir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisinin hazırda danışıq apardığı legionerlərdən biri də rumıniyalı Yonuts Vinedir.
Rumıniya mətbuatının məlumatına görə sonuncu klubu “Farul” olan futbolçu ilə ilkin danışıqlar artıq baş tutub. Sadəcə olaraq 30 yaşlı yarımmüdafiəçiyə “Universtatya Kluj” və “Dinamo” Buxarest də maraq göstərdiyindən o, hələlik qərar verməkdə tələsmir.
Hazırda azad agent olan Vinenin Azərbaycana gəlib-gəlməyəcəyi yaxın günlərdə məlum olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media