Ərdəbil dəmir yolu Azərbaycanla birləşdirilməlidir - İranın yeni səfirindən TƏKLİF

Ərdəbil dəmir yolu Azərbaycanla birləşdirilməlidir - İranın yeni səfirindən TƏKLİF

Hazırda oxunan: Ərdəbil dəmir yolu Azərbaycanla birləşdirilməlidir - İranın yeni səfirindən TƏKLİF

253979

İranın Ərdəbil vilayətinin valisi Məsud Emami Yeqane İranın Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu ilə görüşüb və İran prezidentinin Azərbaycana son səfəri zamanı qəbul edilən qərarların ciddi şəkildə icrasının vacibliyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.

Məsud Emami, həmçinin, Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşünü də xatırladıb.

"Öz sərhəd və iqtisadi imkanlarını nəzərə alaraq, Ərdəbil vilayəti birgə sənaye zonasının yaradılmasında rol oynamağa hazırdır", - deyə o bildirib.

Öz növbəsində Möctəba Dəmirçilu qeyd edib ki, Ərdəbil vilayətinin potensialı iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.

"Səfir kimi fəaliyyətim dövründə quru nəqliyyat marşrutlarının bərpası, dəmir yolu xətlərinin inşası və Ərdəbil dəmir yolu şəbəkəsinin Azərbaycanın dəmir yolu sisteminə qoşulması istiqamətində ciddi addımlar atılacaq", - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO