Putinin köməkçisinin ŞOVİNİST XƏYALLARI – “Hələ də Qarabağa təəssüflə baxırlar...”

Putinin köməkçisinin ŞOVİNİST XƏYALLARI – “Hələ də Qarabağa təəssüflə baxırlar...”

Hazırda oxunan: Putinin köməkçisinin ŞOVİNİST XƏYALLARI – “Hələ də Qarabağa təəssüflə baxırlar...”

253948

Xəbər verdiyimiz kimi, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı Azərbaycanla bağlı olduqca qərəzli açıqlama verib.

O, keçmiş Azərbaycan Ermənistan münaqişəsilə bağlı faktları təhrif edərək, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib.

Təbii ki, Medinskinin bu açıqlaması rəsmi Bakı tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Rusiya rəsmisinin reallıqdan uzaq açıqlamalarına cavab verib.

Medinski niyə Azərbaycanı hədəf aldı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, uzun sürən Ukrayna müharibəsi Rusiyada millətçi əhval-ruhiyyəni daha da yüksəldib:

“Beləliklə də, “velikorus” şovinizmin yeni təzhürlərilə üz-üzə qalmaqdayıq. Yaranmış ekstremal vəziyyətdə isə bəzi rus siyasətçiləri düşüncələrində olan məsələləri dilə gətirməyə vadar olurlar.

Medinskinin uğursuz Ukrayna-Qarabağ müqayisəsi də bu kontekstdə qiymətləndirilməlidir.

Amma bu heç də o demək deyil ki, həmin hadisə sadəcə birdən-birə baş verən uğursuz açıqlamadır. Belə deyil. Bu cür açıqlama və müqayisə əslində rus şovinist dairələrinin Qarabağa münasibətdə yaranmış yeni reallığı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etmək istəmədiklərinin göstəricisidir”.

Rusiyadakı şovinist mərkəzlərin ortaq düşüncəsi

Deputatın fikrincə, bu cür açıqlamalar onu göstərir ki, Rusiya tərəfi hələ də həsədlə Qarabağın arxasınca baxmaqda davam edir və Ermənistanla Azərbaycan üzərində nəzarət üçün açar olan bu vasitəni itirməklərinə təəssüf edirlər:

“Eyni zamanda, bu tip açıqlamalar fürsət düşdükdə yenidən Qarabağ mövzusunu gündəmə gətirmək niyyətinin ifadəsidir. Belə açıqlamalar Rusiyadakı radikal şovinist mərkəzlərin ümumi ortaq fikirləridir və bu çox qorxuludur. Ona görə də bu cür bəyanatlar açıq şəkildə Azərbaycanın xarici siyasət idarəsi tərəfindən qınandı. Ümid edirik ki, bir də belə açıqlamalar olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO