Bakıda tələbə qız faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Bakıda tələbə qız faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Bakıda tələbə qız faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

253892

Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.

Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Namiz qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.

Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO