Paşinyan geri çəkilmir: “Yeni Katolikos seçilməlidir”

Paşinyan geri çəkilmir: “Yeni Katolikos seçilməlidir”

Hazırda oxunan: Paşinyan geri çəkilmir: “Yeni Katolikos seçilməlidir”

253886

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ali rəhbərliyi – Katolikosluğa qarşı açıq hücuma keçib və artıq bununla bağlı praktiki addımlar atmağa başlayıb.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması üçün xüsusi Koordinasiya Qrupu yaratmaq niyyətindədir.

Bu qrupun ilk 10 üzvünü şəxsən Paşinyan özü seçəcək. O, bu barədə sosial şəbəkələrdə paylaşım edərək, üzv seçimi üçün irəli sürdüyü meyarları da açıqlayıb.

Yeri gəlmişkən, Paşinyan artıq bir neçə gündür ki, erməni kilsəsinin başçısı II Qaregini ictimai şəkildə günahlandırır. Onun əsas ittihamı budur ki, Katolikos subaylıq əhdi qaydasını pozub. Paşinyanın fikrincə, bu fakt Qareginin vəzifədən getməsi üçün əsasdır.

Bu, Ermənistanda dövlət və kilsə münasibətlərində son illərin ən ciddi qarşıdurmalarından biridir. Qeyd edək ki, Erməni Apostol Kilsəsi Ermənistan cəmiyyətində ənənəvi və çox nüfuzlu bir qurum hesab olunur. Katolikosun xalq və dövlət qarşısında mənəvi simvol olaraq xüsusi rolu var.

Paşinyanın bu addımları həm ictimaiyyətdə, həm də ruhani çevrələrdə böyük rezonans doğurub. Tənqidçilər hesab edirlər ki, baş nazir kilsəni siyasi təsir altına salmaq və onu öz gündəliyinə uyğunlaşdırmaq niyyətindədir. Tərəfdarları isə bunun kilsənin yenilənməsi və təmizlənməsi üçün vacib bir proses olduğunu deyirlər.

Bu vəziyyət, yaxın gələcəkdə Ermənistanda ciddi sosial və dini gərginliklərə səbəb ola bilər. Paşinyanın təşəbbüsü həyata keçərsə, bu, erməni kilsəsinin tarixində misli görünməmiş dəyişikliklərə yol aça bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO