Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

Hazırda oxunan: Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

253850

Xəzəryanı ölkələrin xarici işlər nazirləri, eləcə də müvafiq sahələri təmsil edən ekologiya, enerji və yerli idarəetmə qurumlarının nümayəndələri vaxtaşırı olaraq Xəzər dənizi ilə bağlı geniş spektrli məsələləri müzakirə edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı Azərtac-a bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi logistika imkanlarının inkişafı baxımından əhəmiyyətli potensiala malikdir və beş sahilyanı ölkənin hər biri üçün mühüm rol oynayır.

A. Smadiyarov vurğulayıb ki, Xəzərin dayazlaşması məsələsi heç vaxt gündəlikdən çıxmayıb:
“Alimlər Xəzər dənizinin suyunun azalması məsələsi üzərində işləyirlər. Hazırda konkret olaraq hansı tədqiqatların aparıldığını deyə bilmərəm, lakin bu məsələ bizim üçün olduqca önəmlidir”. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO