Cəlilabadda xeyli sayda xırdabuynuzlu heyvan TƏLƏF OLDU

Cəlilabadda xeyli sayda xırdabuynuzlu heyvan TƏLƏF OLDU

Hazırda oxunan: Cəlilabadda xeyli sayda xırdabuynuzlu heyvan TƏLƏF OLDU

253819

Cəlilabad rayonunun Babalı kəndində bir neçə heyvandarlıq təsərrüfatında xırdabuynuzlu heyvanların qəfil tələf olması faktı qeydə alınıb. 

Bu barədə Bizim.Media-ya yerli fermerlər məlumat veriblər.

Onların sözlərinə görə, heyvanlar anidən xəstələnib və az vaxt ərzində ölüblər. Fermerlər bildiriblər ki, vəziyyət sürətlə inkişaf edib və bir neçə təsərrüfata ciddi zərər dəyib. 

Məlumata görə, hadisə barədə müvafiq dövlət qurumlarına məlumat verilib və aidiyyəti strukturların hadisə yerində araşdırmalara başladığı bildirilir.

Hazırda heyvanların kütləvi şəkildə tələf olmasının səbəbləri araşdırılır. Rəsmi instansiyalardan məsələ ilə bağlı hələlik açıqlama verilməyib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO