Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI

253790

Azərbaycanın rayon və şəhərləri üzrə 2025-ci il aprel ayının 1-nə olan orta aylıq nominal əmək haqqı üzrə göstəriciləri məlum olub.

Bizim.Media “trend.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndi şəhərindədir.

Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 485,6 manat təşkil edir.
 

Ölkə üzrə ən aşağı əməkhaqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əməkhaqqı 570,3 manatdır.


2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın rayon və şəhərlərində orta aylıq əməkhaqqı siyahısını təqdim edirik:

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1 083,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4 171,8 manat, qeyri neft-qaz sektorunda 1 025,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1 053,1 manat, özəl müəssisələrdə isə 1 115,6 manat olub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO