Paşinyanın korteji Zəngəzurda QƏZAYA DÜŞDÜ

Paşinyanın korteji Zəngəzurda QƏZAYA DÜŞDÜ

Hazırda oxunan: Paşinyanın korteji Zəngəzurda QƏZAYA DÜŞDÜ

253722

Paşinyanın korteji Zəngəzurdan (Sünik) qayıdarkən Armaş kəndində yol qəzasına düşüb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, qəzaya Yuriy Şahnazaryan adlı vətəndaşın avtomobili də qarışıb.

Məlumata görə, Nikol Paşinyan İrəvana vertolyotla qayıdıb, lakin onu müşayiət edən kortej ehtimal ki, tələsirmiş.
 

İnsidentlə bağlı Daxili İşlər Nazirliyindən bildirdilər ki, qəza törədən patrul maşını Paşinyanın kortejinə aid deyil. Bununla belə, şahidlərin verdiyi məlumatlar fərqli məqamları ortaya qoyur. Nazirlik əlavə araşdırmaların aparıldığını və rəsmi açıqlamanın veriləcəyini bildirib.


Bir neçə dəqiqə öncə Baş nazirin mətbuat katibi yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan edib. Bununla belə, Armaş kəndinin sakinlərindən biri deyib ki, Paşinyanın korteji keçsin deyə yol bağlanıb. Kortej keçdikdən sonra avtomobillər bir-biri ilə toqquşub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO