Günəşdə son illərin ən böyük partlayışı oldu

Günəşdə son illərin ən böyük partlayışı oldu

Hazırda oxunan: Günəşdə son illərin ən böyük partlayışı oldu

253717

Bazar günü Günəşin cənub qütbü yaxınlığında müstəsna dərəcədə böyük plazma partlayışı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.
 

Bildirilir ki, nadir ölçüdə və sıxlıqda olan bulud Günəşin Yerə uzaq tərəfində əmələ gəlib. Bu səbəbdən də bulud Yerdən görünmür.


Alimlərin fikrincə, bu, Günəşdə son illərdə qeydə alınan ən böyük partlayışlardan biridir.

Plazmanın dəqiq trayektoriyası hələ də dəqiqləşdirilir. Lakin mütəxəssislərin fikrincə, o Yerdən fərqli tərəfə istiqamətlənib və yəqin ki, planetimiz üçün təhlükə yaratmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO