Qax qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİ DETALLAR - FOTO

Qax qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİ DETALLAR - FOTO

Hazırda oxunan: Qax qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİ DETALLAR - FOTO

253696

Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində İsmayılovlar ailəsindən ata, ana və oğlanları ciddi bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, avtomobil yolun Güllük kəndi ərazisindən keçən hissəsində sərt döngədə üç - "VAZ-2106", "Honda" və "Hyundai" markalı avtomobillərin toqquşmasından sonra 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, həyat yoldaşı, 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı oğlu Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıblar.
 

Yaralılar hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılar müayinə olunub, müalicələri davam etdirilir. Xəstəxanadan verilən məlumata əsasən Eşqin İsmayılovun vəziyyəti ağır olaraq qalır.


Həyat yoldaşı və oğlunun isə həyatı təhlükəsi yoxdur.

Qeyd edək ki, Gülər İsmayılova Güllük kənd tam orta məktəbin direktoru vəzifəsində çalışır. Ailənin digər oğlu isə həqiqi hərbi xidmətdədir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.














Tural Rasimoğlu, Bizim.Media,, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO