Qurban bayramı münasibətilə Qusarda şəhid ailələri və qazilərə bayram payları təqdim olundu - FOTO

Qurban bayramı münasibətilə Qusarda şəhid ailələri və qazilərə bayram payları təqdim olundu - FOTO

Hazırda oxunan: Qurban bayramı münasibətilə Qusarda şəhid ailələri və qazilərə bayram payları təqdim olundu - FOTO

253580

Qurban bayramı münasibətilə Qusar rayonunda şəhid ailələri və qazilərə sosial dəstək aksiyası həyata keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən şəhid ailələri və qazilərə, Qusar bələdiyyəsi tərəfindən isə qazilərə Qurban bayramı ilə əlaqədar ət payı təqdim olunub.

Qusar Rayon İcra Hakimiyyəti və bələdiyyə əməkdaşları tərəfindən şəhid ailələri və bir qrup müharibə qazisinin yaşadığı ünvanlara baş çəkilib, qurban payları təqdim edilib.

Sahir Məmmədxanov tərəfindən şəhid Zamanov Sənan və Nurmətov Çobanın ailələri, eləcə də Vətən müharibəsi qazisi Maverdiyev Volodya evində ziyarət edilib. Onlara bayram sovqatları təqdim edilib.

Bayram aksiyası çərçivəsində ümumilikdə onlarca ailə ziyarət olunub.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO