Ukrayna ordusu gecə saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə PUA-larla hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri dünən axşam və bu gün gecə saatlarında Moskva vilayəti üzərində Ukraynanın 9 pilotsuz təyyarəsini vurub. Hücumlar nəticəsində iki nəfər yaralanıb.
Xatırladaq ki, gecə saatlarında Rusiya Ukraynaya kütləvi raket və dron hücumları edib. Xarkov şəhəri müharibə dövründəki ən dağıdıcı hücuma məruz qalıb. Cəmi bir saat yarım ərzində şəhərdə azı 40 partlayış qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:50 / 07.06.2025
Ukraynadan CAVAB ZƏRBƏSİ – Moskva vuruldu, yaralananlar var – ANBAAN VİDEO
Hazırda oxunan: Ukraynadan CAVAB ZƏRBƏSİ – Moskva vuruldu, yaralananlar var – ANBAAN VİDEO
Hazırda oxunan: Ukraynadan CAVAB ZƏRBƏSİ – Moskva vuruldu, yaralananlar var – ANBAAN VİDEO
253482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.