ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna atdığı addımlarla Rusiyaya onun ərazisinə kütləvi zərbələr endirməsi üçün bəhanə verib.
Bizim.Media xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərlə söhbətində bu barədə danışıb.
“Onlar Putinə Ukraynanı cəhənnəmə çevirənə bombalamaq üçün bəhanə verdilər”.
Qeyd edək ki, bu açıqlama Ukraynanın son günlərdə Rusiyaya qarşı həyata keçirdiyi hücumlar, o cümlədən “Tor” (rusca “Паутина”) əməliyyatından sonra səsləndirilib. Həmin əməliyyat zamanı Rusiya Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri zərər görüb.
Tramp münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlığını ifadə edib və bildirib ki, bu cür hərəkətlər münaqişənin nüvə səviyyəsinə keçməsinə gətirib çıxarmamalıdır. O, Ukraynanın bu addımlarını təxribatçı hesab etdiyini və onları dəstəkləmədiyini vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:02 / 07.06.2025
Tramp: “Kiyev Putinə Ukraynanı bombalamaq üçün bəhanə verdi” – VİDEO
Hazırda oxunan: Tramp: “Kiyev Putinə Ukraynanı bombalamaq üçün bəhanə verdi” – VİDEO
Hazırda oxunan: Tramp: “Kiyev Putinə Ukraynanı bombalamaq üçün bəhanə verdi” – VİDEO
253474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.