Qəzzada əməliyyat davam edəcək – İsrail təsdiqlədi

Qəzzada əməliyyat davam edəcək – İsrail təsdiqlədi

Hazırda oxunan: Qəzzada əməliyyat davam edəcək – İsrail təsdiqlədi

253455

İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

“Zamir vəziyyəti qiymətləndirib və Qəzza zolağında əməliyyatın davam etdirilməsi üçün Cənub Komandanlığının əməliyyat planlarını təsdiqləyib”, – deyə bildirilib.

Qərargah rəisi hərbi əməliyyatların anklavın həm cənubunda, həm də şimalında əlavə ərazilərə genişləndirilməsi barədə göstəriş verib.

Qeyd edək ki, mayın 18-də İsrail ordusu genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzzanın şimal və cənub bölgələrində hərbi əməliyyatlara başlandığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO