Bu şəxslərə XƏBƏRDARLIQ - Çiyələkdən uzaq DURUN!

Bu şəxslərə XƏBƏRDARLIQ - Çiyələkdən uzaq DURUN!

Hazırda oxunan: Bu şəxslərə XƏBƏRDARLIQ - Çiyələkdən uzaq DURUN!

253406

Mədə-bağırsaq sistemi (MBT) xəstəliklərinin kəskinləşmə mərhələsində olan insanlar üçün normadan artıq çiyələk və albalı yemək tövsiyə olunmur. 

Bizim.Media "aif.ru”ya istinadən xəbər verir ki, dietoloq-endokrinoloq Anton Polyakov bu barədə məluçat verib.
 

Mütəxəssis əlavə edib ki, bu giləmeyvələrə qarşı güclü allergiyası olan şəxslər, xüsusilə qida allergiyası olanlar da onların çox miqdarda qəbulundan çəkinməlidirlər.


“Yəni çiyələk və albalı belə hallarda allergiyanın gedişatını daha da kəskinləşdirə bilər,” — deyə Polyakov vurğulayıb.

Onun sözlərinə görə, doğuşdan sonrakı dövrdə olan və körpəsini əmizdirən qadınlar da bu meyvələri həddən artıq qəbul etməməlidirlər.

Qeyd edək ki, dietoloq Larisa Nikitina çiyələyin üç-beş gündən artıq saxlanılmamasını tövsiyə edib. Onun sözlərinə görə, giləmeyvələr yuyulduqdan sonra onların saxlanma müddəti daha da qısalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO