Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.
Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, MMC-nin direktoru vəzifəsinə Əflatun Xanoğlan oğlu Feyzullayev təyin olunub.
Qeyd edək ki, 6 saylı "Magistral Yolların İstismarı" MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda "Orion-E" MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da "Orion-E" MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:05 / 05.06.2025
Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən AZAD ETDİ
Hazırda oxunan: Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən AZAD ETDİ
Hazırda oxunan: Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən AZAD ETDİ
253284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.