Türkiyə ilə Azərbaycan Liviyada birgə neft-qaz çıxara bilər – TƏFƏRRÜAT

Türkiyə ilə Azərbaycan Liviyada birgə neft-qaz çıxara bilər – TƏFƏRRÜAT

Hazırda oxunan: Türkiyə ilə Azərbaycan Liviyada birgə neft-qaz çıxara bilər – TƏFƏRRÜAT

25319

“Hazırda Azərbaycanla TANAP və TAP layihələri ilə bağlıyıq. Bu layihələrdən əlavə yeni addımlar da ata bilərik. Əziz dostum İlham Əliyevlə Liviyada da birgə fəaliyyət göstərmək olar. Türkiyə ilə Azərbaycan Liviyada da neft-qaz sferasında proyektlər həyata keçirə bilər.”

Bizim.Media Türkiyənin “NTV” telekanalına istinadən xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Ceyhan limanından nə qədər BTC nefti nəql edilib?


Türkiyə liderinin sözlərinə görə, Ankara ilə Bakının iş təcrübəsi qazma sahəsində də fəaliyyətə imkan verir:

“Mən bunu İlham Əliyevə təklif etmişəm və o, bu təklifi müsbət qarşılayaraq müvafiq sahədə çalışmağa hazır olduğunu diqqətə çatdırıb. Ümid edirəm ki, bu cür ortaq addımlarla nəinki öz ölkələrimiz və Avropaya açılar, həmçinin digər dövlətlərlə də əməkdaşlıq edərik.

Qeyd edək ki, SOCAR və TPAO (Türkiye Petrolları Anonim Ortaqlığı) arasında əməkdaşlıq məsələlərinin iyunun 15-də Şuşada Türkiyə və Azərbaycan liderləri arasında müzakirə olunduğu deyilir.

Ərdoğanın sözlərinə görə, bu sahədə əməkdaşlıq davam edəcək. 

“SOCAR Turkey”in diorektorlar şurasının sədr müavini Vaqif Əliyev də türk mediasına müsahibəsində bu ehtimalı təkzib etməyib. Bildirib ki, SOCAR və TPAO əməkdaşlığı enerji resursları ilə zəngin yaxın regionlarda da reallaşa bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO