Rusiyada xaricdən gələn zənglər QADAĞAN OLUNUR

Rusiyada xaricdən gələn zənglər QADAĞAN OLUNUR

Hazırda oxunan: Rusiyada xaricdən gələn zənglər QADAĞAN OLUNUR

253180

Rusiyada xarici SİM kartlardan gələn zənglər qadağan edilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi telefon fırıldaqçıları ilə mübarizə üçün qanunvericiliyə, xüsusən də Rabitə haqqında Qanuna yeni düzəlişlər paketi hazırlayıb.

Qurum xarici SİM kartlardan daxil olan zəngləri qadağan etməyi planlaşdırır.

Bildirilib ki, abunəçi xarici nömrələrdən zəngləri qəbul etmək istəyirsə, bu barədə mobil operatorunu xəbərdar etməlidir.

Eyni zamanda mobil operatorlardan bütün belə xarici zəngləri qeyd etmələri, həmçinin dələduzluqda şübhəli bilinən nömrələri bloklamaları tələb olunacaq. Operator bunu etmədikdə, aldadıcı hərəkətlər nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməlidir.
 

Bunun üçün belə nömrələrin xüsusi reyestrini yaratmaq istəyirlər. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi sorğu əsasında fırıldaqçılarla danışıqların səsyazılarına daxil olmaq hüququna malik ola biləcək.


"Hazırda biz sənaye və maraqlı idarələrlə ikinci paketi müzakirə edirik. Sənəd idarələrarası təsdiqdən keçir və departamentin təklifləri əsasında dəyişdirilə bilər. Bununla belə, son variantı təsdiqlənənə qədər konkret detallar barədə danışmaq hələ tezdir. Sözügedən qanun layihəsi hökumət aparatına hələ təqdim edilməyib və onun Dövlət Dumasına təqdim olunması üçün konkret tarixlər barədə danışmaq hələ tezdir." - nazirliyin məlumatında bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO