İqtisadiyyat naziri Mikayıl Cabbarov "Deloitte" şirkətinin qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porter ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycanın strateji inkişaf prioritetləri, ölkəmizin təmiz enerji sahəsində təşəbbüsləri və regional layihələrdə artan rolu haqqında məlumat verilib. SOCAR-ın beynəlxalq miqyasda genişlənmə strategiyasına dəstək üzrə "Deloitte" ilə uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib.
Tərəflər qlobal enerji keçidində trendlər, sənayedə dayanıqlılıq və karbonsuzlaşma təşəbbüsəri, həmçinin innovasiyaların tətbiqi ilə bağlı müzakirələr aparıb, əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:51 / 05.06.2025
Mikayıl Cabbarov Stenli Porterlə görüşüb - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarov Stenli Porterlə görüşüb - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarov Stenli Porterlə görüşüb - FOTO
253123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.