Müəllimlərin sertifikasiyası bu qayda ilə keçiriləcək - RƏSMİ

Müəllimlərin sertifikasiyası bu qayda ilə keçiriləcək - RƏSMİ

Hazırda oxunan: Müəllimlərin sertifikasiyası bu qayda ilə keçiriləcək - RƏSMİ

25310

Təhsil Nazirliyi təhsilverənlərin sertifikasiyasının keçirilmə qaydasını açıqlayıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, təhsilverənlərin sertifikasiyasının test imtahanı mərhələsində imtahan sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib ediləcək.

Bu mərhələdə təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar.

Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılacaq.

Bu mərhələdə təhsilverənlər aşağıdakı meyarlar əsasında maksimum 40 balla (4 ballıq şkala ilə) qiymətləndiriləcək:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı - x3

- təhsilalanların qiymətləndirmə bacarığı - x2

- özünü təqdimetmə bacarığı - x2

- pedaqoji prosesi təşkiletmə bacarığı - x2

- ünsiyyət bacarığı - x1

Müsahibə zamanı azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO