Tramp Putinlə telefonla DANIŞDI: “Söhbətimiz yaxşı oldu, amma Putin…”

Tramp Putinlə telefonla DANIŞDI: “Söhbətimiz yaxşı oldu, amma Putin…”

Hazırda oxunan: Tramp Putinlə telefonla DANIŞDI: “Söhbətimiz yaxşı oldu, amma Putin…”

253094

ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında telefon zəngi baş tutub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Tramp özünün “Truth Social” hesabında məlumat yayıb.
 

“Az əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını başa çatdırdım. Zəng təxminən bir saat on beş dəqiqə davam etdi.

Ukraynanın aerodromda Rusiya təyyarələrinə hücumu və hər iki tərəfin son addımları müzakirə olundu. Danışığımız yaxşı oldu, amma hələlik bu, dərhal sülhə gətirib çıxarmayacaq.

Putin çox açıq şəkildə bildirdi – o, aerodromlara edilən hücuma cavab vermək niyyətindədir.

Biz həmçinin İranla bağlı vəziyyəti və nüvə silahı məsələsinin həllinə az vaxtın qaldığını müzakirə etdik. Mən Putinə açıq şəkildə bildirdim ki, İran nüvə silahı əldə etməməlidir – və məncə, bu məsələdə mövqelərimiz üst-üstə düşür.

Putin İranla danışıqlarda iştirak etməyi və bu məsələnin həllini sürətləndirməyə yardım etməyi təklif etdi. Məncə, İran cavab verməyi uzadır və biz bu son dərəcə vacib mövzu ilə bağlı yaxın zamanda qəti addımlar görməliyik”, – Tramp yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO