Nəsimi Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz saxlanmasında təqsirləndirilən tiktoker, "Roşka" ləqəbli Rövşən Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Bizim.Media xəbər verir ki, hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və R.Süleymanovun həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:20 / 04.06.2025
Tiktoker "Roşka"nın həbs müddəti uzadıldı
Hazırda oxunan: Tiktoker "Roşka"nın həbs müddəti uzadıldı
Hazırda oxunan: Tiktoker "Roşka"nın həbs müddəti uzadıldı
253008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.