Ukrayna dronlarla Rusiyaya qarşı necə vuruşur? – YENİ DETALLAR

Ukrayna dronlarla Rusiyaya qarşı necə vuruşur? – YENİ DETALLAR

Hazırda oxunan: Ukrayna dronlarla Rusiyaya qarşı necə vuruşur? – YENİ DETALLAR

252985

Son iki il ərzində Ukrayna pilotsuz aparatlarla (dronlarla) aparılan müharibədə dünya liderinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat verib və vurğulayıb ki, dronlar müharibənin yeni mərhələsinin simvoluna çevrilib – ucuz, sürətli, avtonom və ölümcül dərəcədə effektiv.

Təkcə 2024-cü ildə Ukrayna təxminən 1 milyon dron istehsal edib, 2025-ci ildə isə bu sayın 2,5 milyona çatdırılması planlaşdırılır. Hər biri təxminən 400 dollara başa gələn FPV dronları Rusiya hərbi texnikasını, sursat anbarlarını və hətta komanda məntəqələrini kütləvi şəkildə məhv edir.
Britaniyanın RUSI institutunun hesablamalarına görə, 2025-ci ildə Rusiyanın texnika itkilərinin 70%-i məhz dronlar tərəfindən vurulub.

Ukrayna istehsalı olan dronlar artıq Rusiyanın dərinliklərinə – o cümlədən Sibirdəki bazalara hücumlar təşkil edir, hava bazalarını və neft infrastrukturlarını vurur.

Bu hücumlar aşağıdakı növ dronlarla həyata keçirilir:

Videonəzarət ilə idarə olunan FPV-dronları;

Kamikadze-dronları;

“Şahed” tipli zərbə dronlarının analoqları;

Rusiya gəmilərini sıxışdıran dəniz dronları;

Hətta binaların içində işləyə bilən kəşfiyyat dronları.

 

Ekspertlərin fikrincə, süni intellekt və optik liflə idarəetmə texnologiyası dronlara radio maneələri aşmaq və müstəqil fəaliyyət göstərmək imkanı verir. Məşhur “Pautina” (Hörümçək toru) əməliyyatı bunun bariz nümunəsidir.


Hazırda Ukraynada 500-dən çox şirkət dron texnologiyası sahəsində innovasiyalar uğrunda yarışır. Bu proqram üçün artıq 2,5 milyard dollar ayrılıb. Mütəxəssislər bildirirlər ki, bu texnologiyalar yalnız taktikanı deyil, müharibənin mahiyyətini dəyişir.

Bu arada Rusiya geri qalmamaq üçün Tatarıstanda istehsal müəssisələri qurur və “anti-dron dəhlizləri” yaratmağa çalışır. Lakin Bloombergin yazdığına görə, Ukrayna artıq bu sahədə xeyli irəlidədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO