Sabirabadda evdə yanğın zamanı ölənlərin ADLARI

Sabirabadda evdə yanğın zamanı ölənlərin ADLARI

Hazırda oxunan: Sabirabadda evdə yanğın zamanı ölənlərin ADLARI

252944

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunlar Muğan Gəncəli kənd sakinləri; 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün gecə saatlarında Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın baş verib. Nəticədə bir ailənin 4 üzvü yanaraq həyatını itirib. İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısa qapanma səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO