Bakıda külək güclənib, bölgələrə leysan yağır - FAKTİKİ HAVA

Bakıda külək güclənib, bölgələrə leysan yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bakıda külək güclənib, bölgələrə leysan yağır - FAKTİKİ HAVA

252872

Azərbaycanda iyunun 3-ü saat 17:00-a olan məlumata əsasən hazırda küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 

Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.


Şahdağa isə qar yağması müşahidə edilir.

Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 mm olan dolu düşüb. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuqmərcanlı və Şamaxıda 15 m/s-yə çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO