“2040-2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq istəyirik. Bunun üçün rəqabətə yönəlməliyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin – Enerji üzrə baş direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Avropa Komissiyası rəqabəti genişləndirməyə fokuslanıb.
“Etibarlı tərəfdaşlar çox vacibdir, Azərbaycan buna çox gözəl örnəkdir. Həm bərpaolunan, həm də qazıntı yanacaqlarında Azərbaycan nümunəvi ölkədir. Avropa İttifaqı bütün beynəlxalq tədbirlərdə iştirak edir. Biz birlikdə şəffaflıq, təmiz texnologiya, təchizatın təhlükəsizliyi üzərində işləməliyik”, - deyə o bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:49 / 03.06.2025
“Azərbaycan etibarlı tərəfdaşdır” - Avropa Komissiyasının rəsmisi
Hazırda oxunan: “Azərbaycan etibarlı tərəfdaşdır” - Avropa Komissiyasının rəsmisi
Hazırda oxunan: “Azərbaycan etibarlı tərəfdaşdır” - Avropa Komissiyasının rəsmisi
252764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.