İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri, daha əvvəl açıqlandığı kimi, Avrasiya üzrə mütəxəssisdir. “Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri Müctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim olunub”, – agentlik diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyinatının anonsunu versə də, onun adını açıqlamamışdı.
Xatırladaq ki, 2023-cü ilin aprelində İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tviterdə (indiki “X”) Dəmirçilinin adına onun Azərbaycan səfiri kimi təqdim olunduğu hesab açıldığını bildirərək bunun saxta olduğunu vurğulamışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:47 / 03.06.2025
İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı - FOTO
Hazırda oxunan: İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı - FOTO
Hazırda oxunan: İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı - FOTO
252737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.