“İranda mollaların istədiyi olacaq” – Qabil Hüseynli BAYKOT TAKTİKASINDAN danışdı

“İranda mollaların istədiyi olacaq” – Qabil Hüseynli BAYKOT TAKTİKASINDAN danışdı

Hazırda oxunan: “İranda mollaların istədiyi olacaq” – Qabil Hüseynli BAYKOT TAKTİKASINDAN danışdı

25272

İranın ali dini lideri insanlara seçkilərə qatılmaq çağırışı edib. Ölkənin XİN rəhbəri Cavad Zərif Türkiyədə olsa da prezident kimi gördüyü namizədə səsini verib. İslam respublikasındakı sorğular İbrahim Rəisinin hələki 63 faizlə lider olduğunu açıqlayıb. Əhməd Obalının sorğusunda isə cənubi azərbaycanlıların İrandakı seçkiləri tanımadığı, istəmədiyi yer alıb. 

Bizim.Media-nın “İrandakı seçkiləri siz necə dəyərləndirirsiniz” sualına cavabda politoloq Qabil Hüseynli bildirdi ki, anti-demokratik seçkilər kimi dəyərləndirirəm.
 

MÖVZU İLƏ BAĞLI:

İranda prezident seçkiləri keçirilir – QALİB BƏLLİDİR


Çünki təxminən 100-dən çox insan namizədliyini irəli sürmüşdü:

“Amma 7-yə qədər adamı seçkilərə buraxdılar. Seçkilərə buraxılan adamlar əvvəlcədən müəyyənləşdirilib. Bunun nəyi seçkidir, bunun nəyi xalqın iradəsinin hakimiyyətə yansımasıdır? Təbii ki, azərbaycanlıların orada təmsil olunmasına normal şərait yaratmadılar. Bir nəfər azərbaycanlı (Möhsün Mehralizadə) qatılırdı, o da vəziyyətin pis olduğunu görərək seçkilərdən iki gün əvvəl namizədliyini geri götürdü. 

İndi İranda baykot əhval-ruhiyyəsi çox güclüdür. Azərbaycanlılar seçkilərə qatılmaq istəmirlər.

Onsuz da, seçkiləri saxtalaşdıracaqlar. Sonda mollaların istədiyi olacaq. Amma baykot taktikasının başlaması gələcək üçün vacib elementlərdən biridir”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO