Cəbhəyanı ərazilərdə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıldı

Cəbhəyanı ərazilərdə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıldı

Hazırda oxunan: Cəbhəyanı ərazilərdə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıldı

2527

Azərbaycan Respublikasının ərazilərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahıya alınmasına başlanılıb.

Bizim.Media Apa-ya istinadən bildirir ki, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan Dövlət Komissiyası Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam olunublar.  

Ağdam rayonu üzrə işçi qrupun rəhbəri Dövlət Vergi Xidməti rəisinin müşaviri Taryel Quliyevin verdiyi məlumata görə, erməni hərbçilərinin Azərbaycanın yaşayış məntəqələrinə hərbi təcavüzü nəticəsində ziyan çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin sayılmasına başlanılıb. 

Eyni zamanda dəymiş ziyan qiymətləndirilir və vəziyyəti öyrənilir. 

Müvafiq qiymətləndirmə işləri başa çatdıqdan sonra təmir-bərpa işlərinə başlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO