Tətildə səyahət planlaşdıranların NƏZƏRİNƏ: Bu məsləhətlər sizin üçündür

Tətildə səyahət planlaşdıranların NƏZƏRİNƏ: Bu məsləhətlər sizin üçündür

Hazırda oxunan: Tətildə səyahət planlaşdıranların NƏZƏRİNƏ: Bu məsləhətlər sizin üçündür

252699

Yayın gəlişi ilə insanlar adətən tətil haqda düşünməyə başlayırlar. Bir çox insanların seçimi tətili xarici ölkələrdə keçirmək olur. Bəzi hallarda isə tətil dönüşü insanlarda sağlamlıqla bağlı bir sıra problemlər meydana çıxır.

Bəs xarici ölkələrə səyahətlər zamanı sağlamlığı necə qorumalıyıq?

Bizim.Media xəbər verir ki, “Rospotrebnadzor” tətil mövsümündə sağlamlığın qorunması ilə bağlı bir neçə tövsiyə verib.

Xüsusilə, səyahətlər zamanı şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə edilir. “Əlləri təmiz yumaq, yalnız mağazalarda satılan, butulkalarda olan suyu içmək, bəzi səfərlərdən əvvəl isə həkimlə məsləhətləşərək peyvənd olunmaq məsləhətdir”.

Əgər istirahət başqa iqlim şəraitində planlaşdırılırsa, səyahətdən əvvəl akklimatizasiya (iqlimləşdirmə - orqanizmlərin yeni yaşayış şəraitinə uyğunlaşdırılması prosesi) üçün bir neçə gün ayırmaq lazımdır. Heyvanlarla təmas zamanı ehtiyatlı olmaq lazımdır, çünki onlar yoluxucu və parazitar xəstəliklərin mənbəyi ola bilərlər.

Tropik ölkələrdə isə insanlarıa zəhərli ilanlar, həşəratlar və ya dəniz canlıları, məsələn, meduzalar zərər verə bilərlər. Belə hallardan qaçınmaq üçün bu canlılara toxunmamaq məsləhətdir.

Eləcə də, hotel seçərkən mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sisteminə malik olanlara üstünlük verilməlidir. Əgər otaqda həşərat görsəniz, dərhal bu barədə administrasiyaya məlumat verin.

Çimmək və günəşlənmək üçün isə üzgüçülük üçün təchiz olunmuş hovuz və çimərliklərdən istifadə etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO