Astara şəhərində kollec tələbəsi nəzarətsiz ərazidə dənizə girərkən boğulub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lerik rayon sakini olan gəncin "Azriba" adlanan sahildə çimərkən baş verib.
Ərazidə çimərlik üçün müvafiq təhlükəsizlik tədbirlərinin olmaması faciə ilə nəticələnib.
Gəncin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabutay, Bizim.Media, Cənub bürosu