Avropanın ən yüksək vulkanı olan Etna yenidən aktivləşib. Bu gün səhər saatlarında vulkandan yüksələn nəhəng tüstü səmaya qalxıb.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, bölgədəki turistlər vulkan püskürməsi səbəbilə təşviş içində qaçarkən, ətraf ərazilərdə yaşayanlar sürətlə təxliyə edilib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu yerli vaxtla saat 11:03-də vulkanın aktivləşməsi barədə açıqlama yayıb:
"Səhərə yaxın, saat 04:14-də başlayan aktivlik getdikcə daha da artaraq davam edib. Püskürmələr artan intensivliklə müşahidə olunur. Son olaraq Vetore bölgəsində vulkanının püskürdüyü kül təbəqəsi yayılıb".
Qeyd edək ki, Etna Messina və Kataniyanın yaxınlığında və Siciliyanın şərq sahilində yerləşən vulkandır.
Hündürlüyü 3350 metrdir. Ərəblər bu dağı "Cəbəl Əl-Nar" adlanırırlar. Tarixən dəfələrlə püskürərək bəzi şəhərləri yer üzündən silib. İlk dəfə b.e.ə 1226-cı ildə püskürmüş vulkan indiyədək minlərlə can alıb.
Şəfiqə Şəfa, Bizim.Media