“Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən bildirib.
“Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük.
Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır”, - deyə dövlət başçısı əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:15 / 02.06.2025
Prezident: “Milli komandamız sırf Azərbaycanda doğulub boya-başa çatmış gənclərdən ibarətdir”
Hazırda oxunan: Prezident: “Milli komandamız sırf Azərbaycanda doğulub boya-başa çatmış gənclərdən ibarətdir”
Hazırda oxunan: Prezident: “Milli komandamız sırf Azərbaycanda doğulub boya-başa çatmış gənclərdən ibarətdir”
252661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.