Hindistanda COVID-19 aktiv xəstələrinin kəskin artımı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Business Standard" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Hindistanda COVID xəstələrinin ümumi sayı 3395-ə çatıb.
Halbuki ötən həftə ölkədə COVID-19-a yoluxanların sayı 257 nəfər olub. Beləliklə, 10 gündə bu rəqəm 10 dəfədən çox artıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yeni yoluxma hallarının əksəriyyəti yüngül formadadır. Buna baxmayaraq, səlahiyyətlilər vətəndaşları ayıq-sayıq olmağa və ehtiyat tədbirləri görməyə - insanların çox olduğu yerlərdə maska taxmağa, sosial məsafəni qorumağa, əl və otaq gigiyenasına riayət etməyə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:15 / 01.06.2025
Hindistanda COVID-19 xəstələrinin sayı 10 günə 10 dəfədən çox artdı
Hazırda oxunan: Hindistanda COVID-19 xəstələrinin sayı 10 günə 10 dəfədən çox artdı
Hazırda oxunan: Hindistanda COVID-19 xəstələrinin sayı 10 günə 10 dəfədən çox artdı
252521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.