1 iyun 2025-ci il tarixdə Qusar rayonunda Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailovun və "Magen David Azərbaycan" İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qusar və Quba rayonlarından olan şəhid ailələrinin övladları üçün 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib, konsert proqramı təşkil edilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qusar və Quba RİH başçısı Aparatlarının məsul əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər.
Tədbir öncəsi səmaya rəngarəng şarlar buraxılıb, bayram əhval-ruhiyyəsi yaradılıb.
Qusar şəhərindəki restoranların birində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qusar İH başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid övladları başda olmaqla, bütün uşaqlara ən xoş arzularını çatdırıb.
Quba İH başçısı İlqar Mahmudov da öz çıxışında dövlətin və millətin mənəvi dayağı olan şəhid ailələri və onların övladlarına diqqət və qayğı göstərilməsinin hər birimizin borcu olduğunu qeyd edib.
Çıxış edən şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və yüksək təşkilatçılığa görə tədbirin təşkilində əməyi olan bütün təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbir tanınmış ifaçıların iştirakı ilə konsert proqramı ilə davam etdirilib. Uşaqlar üçün animasiya personajlarının iştirakı ilə əyləncəli proqram, musiqi və rəqs nömrələri təşkil edilib, sonda şəhid övladlarına hədiyyələr təqdim edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:57 / 01.06.2025
Qusarda şəhid övladları üçün bayram tədbiri keçirildi - FOTO
Hazırda oxunan: Qusarda şəhid övladları üçün bayram tədbiri keçirildi - FOTO
Hazırda oxunan: Qusarda şəhid övladları üçün bayram tədbiri keçirildi - FOTO
252496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.