İsrailin səfiri “İlin Adamı” elan olundu - FOTO

İsrailin səfiri “İlin Adamı” elan olundu - FOTO

Hazırda oxunan: İsrailin səfiri “İlin Adamı” elan olundu - FOTO

252491

İsrailin Kiyev şəhərindəki səfiri Mixail Brodski “İlin Adamı” mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, mükafat ona Ukrayna ilə humanitar, tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafı və dəstəklənməsinə verdiyi əhəmiyyətli töhfəyə görə təqdim edilib.

Brodski bu barədə Telegram kanalında paylaşım edərək bunları yazıb:

“Bu mükafat – müharibənin ilk günündən Ukraynanı dəstəkləyən bütün israillilərə minnətdarlıqdır. Səyyar hospitalda çalışan həkimlərə, təcrübələrini ukraynalı həmkarlarına ötürən psixoloqlara və sosial işçilərə, yaralanmış ukraynalı hərbçilərin protezləşdirilməsi və reabilitasiyası ilə məşğul olanlara, ukraynalı uşaqları İsrail xəstəxanalarında müalicə edənlərə və dəvət gözləmədən, ürəyin çağırışı ilə Ukraynaya gəlib çətinlik içində olan insanlara yardım edən yüzlərlə israilli könüllüyə təşəkkürdür.”




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO