"Sehirli nağıl saatı" uşaqlara unudulmaz anlar yaşadıb - FOTO

"Sehirli nağıl saatı" uşaqlara unudulmaz anlar yaşadıb - FOTO

Hazırda oxunan: "Sehirli nağıl saatı" uşaqlara unudulmaz anlar yaşadıb - FOTO

252468

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən I Türk Dünyası Uşaq Festivalı çərçivəsində “Sehirli nağıl saatı” adlı maraqlı tədbir təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə uşaq yazıçısı Günel İmran balaca izləyicilərə biri-birindən rəngarəng və təsirli nağıllar səsləndirib. Onun təqdim etdiyi nağıllar uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Qeyd edək ki, I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilir.






Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO