Hindistanda Qanq çayında üzən sandığın içindən uşaq tapılıb.
Bizim.Media “Daily Mail”ə istinadla xəbər verir ki, uşağı qayıqda üzən bir kişi tapıb. O qutudan gələn ağlamaq səsini eşidrək özünü çaya atıb və və onu sahilə çıxardıb.
Sandığı açanda qırmızı parçaya bürünmüş körpəni görüb. Körpə tibb müəssisəsinə çatdırılıb. 21 günlük olduğu müəyyənləşdirilən qız sosial xidmətlərə təhvil verilib.
Qeyd edək ki, Hindistan dünyada ən çox qız uşağı öldürən ölkələr siyahısında ilk yerlərdən birini tutur. Burada qızlar ağır yük hesab olunur.
Bizim.Media