Polşada prezident seçkisinin 2-ci turu keçirilir

Polşada prezident seçkisinin 2-ci turu keçirilir

Hazırda oxunan: Polşada prezident seçkisinin 2-ci turu keçirilir

252434

İyunun 1-də Polşada prezident seçkisinin ikinci turuna start verilib.

Bizim.Media "Onet Wiadomosti" nəşrinə istinadən xəbər verir ki, ikinci turda ən çox səs toplayacaq namizəd ölkənin prezidenti olacaq.

Mayın 18-də keçirilmiş birinci turda 13 namizəddən heç biri etibarlı səslərin yarıdan çoxunu toplamadığı üçün prezident seçkisinin ikinci turu keçirilir.

İkinci tura iki namizəd keçib: 31.36% səs toplayan Varşava meri Rafal Tşaskovski və 29.54% səs toplayan Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski.

Qeyd edək ki, 29 milyon polyak seçkinin ikinci turunda səs vermək hüququna malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO