Rusiyada qəzada həlak olan azərbaycanlıların yaxınları danışdılar - VİDEO

Rusiyada qəzada həlak olan azərbaycanlıların yaxınları danışdılar - VİDEO

Hazırda oxunan: Rusiyada qəzada həlak olan azərbaycanlıların yaxınları danışdılar - VİDEO

252400

Rusiyada ağır qəzada üç azərbaycanlı həlak olub.

Bizim.Media xəbər verir ki, hadisə Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında baş verib.

İki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib. Həlak olanlardan 3 nəfəri Azərbaycan vətəndaşıdır.

Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, biri isə Ağstafa rayon sakinidir. Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 23 yaşlı Köçər Hüseynov və 32 yaşlı Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş. Həmkəndlilərin tikinti sahəsində çalışdıqları bildirilir.

Pərvin Yusifov ailəlidir, üç övladı var. Yaxınlarının sözlərinə görə, o, ailəsi ilə birlikdə Rusiyaya köçmüşdü.

Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO